AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Bakı və İrəvanın sülhə nail ola bilmə şərtindən danışıb

  • + A
  • - A
  • 1-02-2024, 23:53

    Prezident İlham Əliyev Bakı və İrəvanın sülhə nail ola bilmə şərtindən danışıb

    Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoysa, Konstitusiyaya və digər hüquqi sənədlərə dəyişiklik etsə, o zaman iki ölkə arasında sülh əldə oluna bilər”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

    “Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlərə əsaslanır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoysa, Konstitusiyaya və digər hüquqi sənədlərə dəyişiklik etsə, o zaman sülh əldə oluna bilər”, - Əliyev cümə axşamı Bakıda Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib.

    Əliyev onu da qeyd edib ki, Azərbaycanla Ermənistan arasında artıq faktiki sülh var və bir neçə aydır ki, iki ölkənin sərhədində sülh şəraiti hökm sürür. "Lakin bu prosesi məntiqi yekunlaşdırmaq üçün sülh müqaviləsi imzalamaq və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaq lazımdır", - prezident bildirib.

    Bununla bağlı dövlət başçısı qeyd edib ki, Ermənistanın İstiqlal Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa çağırışlar var və bu sənədə istinadlar daErmənistan Konstitusiyasında öz əksini tapıb. .

    Bundan başqa, Ermənistanın digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalar və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər var”, - Əliyev qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR