Türkiyə ABŞ-la F-16-lar almaq üçün 23 milyard dollarlıq razılaşma əldə etməsinə baxmayaraq, 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) da almaq niyyətindədir.
Azadmedia.az xəbər verir ki, bu barədə Reuters mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, Ankara “Tayfun”u almaq üçün Böyük Britaniya və İspaniya ilə danışıqlar aparır:
“Danışıqlara Türkiyənin ABŞ-dan 2021-ci ilin oktyabrında F-16 qırıcılarını ala bilməyəcəyi haqda xəbərlərdən sonra başlanılıb”.
Qeyd edək ki, “Tayfun” təyyarələri Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya konsorsiumu tərəfindən istehsal olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.