Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
Azadmedia.az xəbər verir ki, bu barədə Avropa Birliyindən məlumat verilib.
Belə ki, telefon danışığında Ukraynaya 50 milyard avroluq maliyyə yardımı müzakirə edilib:
"Razılaşdıq ki, Ukrayna öz tərəfdaşlarından geniş dəstək almağa davam etməlidir. Nə qədər lazımdırsa, birlikdə Ukraynanın yanında olacağıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.