İran Prezidenti İbrahim Rəisi mümkün müharibə ehtimalından danışıb.
Azadmedia.az xəbər verir ki, Hörmüzqanda səfərdə olan İbrahim Rəisi bildirib ki, İran müharibəyə başlamayacaq, amma kimsə hücum etməyə cəhd etsə, ona sərt cavab veriləcək.
Belə ki, “Əvvəllər nə vaxt İranla danışmaq istəsələr, hərbi variantın masa üzərində olmasından danışırdılar. İndi isə deyirlər ki, bizim İranla münaqişə etmək niyyətimiz yoxdur. Biz müharibəyə başlamayacağıq, amma kimsə hücum etməyə cəhd etsə, sərt cavab alacaq”, - deyə Rəisi qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.