AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin qeyri-formal iclası keçiriləcək - KİV

  • + A
  • - A
  • 2-02-2024, 16:35

    Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin qeyri-formal iclası keçiriləcək -


    Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-formal iclası keçiriləcək.

    Azadmedia.az xəbər verir ki, iclas fevralın 3-də Brüsseldə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə baş tutacaq.

    Belə ki, iclas çərçivəsində nazirlər Aİ-Afrika münasibətlərini, Aİ-nin Ukraynadakı müharibənin müxtəlif aspektlərini əks etdirən uzunmüddətli strategiyasını, blokun Ukraynanın müdafiəsinə və onun Aİ-yə üzvlük prosesində yardımını müzakirə edəcəklər.

    Qeyd olunub ki, qeyri-rəsmi iclasın son tematik sessiyası Aİ-nin Türkiyə ilə münasibətlərinə həsr olunacaq.

    Həmçinin "Nazirlərin Türkiyə ilə qarşılıqlı maraq və əməkdaşlıq potensialına əsaslanan, eləcə də daxili və regional çağırışları əks etdirən tərəfdaşlığın qurulması istiqamətində gələcək yolları müzakirə etmələri planlaşdırılır", - deyə Aİ Şurasının yaydığı məlumatda bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR