ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə SEPAH və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Belə ki, "Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada SEPAH və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək", - deyə bəyanatda deyilir.
Həmçinin “Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd etmək istəyənlər bilsinlər ki, əgər onlar amerikalıya zərər versə, qarşılığını görəcəklər", - deyə Bayden deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.