Cənubi Koreya və Səudiyyə Ərəbistanı hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində Anlaşma Memorandumu imzalayıblar.
Azadmedia.az xəbər verir ki, bunu Koreya Respublikasının Milli Müdafiə Nazirliyində keçirilən brifinqdə Müdafiə Satınalmaları Proqramının (DAPA) rəsmi nümayəndəsi Çoi Hyon-ho (Choi Hong-hi) bildirib.
Belə ki, “Hazırkı Anlaşma Memorandumu müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır”, - deyə o qeyd edib.
Həmçinin Cənubi Koreya KİV-lərinin məlumatına görə, Memorandum silahların birgə inkişafının əsasını qoymalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.