Rusiya Xarici İşlər Nazirliyi rəsmi Parisin Rusiya əleyhinə bəyanatlarına cavab verib.
Azadmedia.az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin məğlubiyyətin astanasında olan Fransa hakimiyyətinin Rusiyaya qarşı son emosional hücumlarına diqqət yetirdiyini söyləyib.
Belə ki, “Fransanın bu gün cinayətkar Kiyev qruplaşmasının ayaqda saxlanmasına, o cümlədən irimiqyaslı ölümcül silahların tədarükü və Ukrayna əsgərlərinin təliminə verdiyi töhfə haqqında nə deyək. Biz dəfələrlə demişik ki, Fransanın Ukrayna münaqişəsində artan iştirakı nəinki onun uzanmasına və daha da gərginləşməsinə gətirib çıxarır, həm də Rusiya əleyhinə təbliğatla doymuş muzdlu şəklində Ukraynaya göndərilən Fransa vətəndaşlarının həyatı üçün təhlükə yaradır.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.