AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda seçicilərlə görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 5-02-2024, 20:17

    Masallı rayonunda seçicilərlə görüş keçirilib -


    Masallı, 5 Fevral — Azadmedia.az

    2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Masallı şəhərində seçicilərlə görüş keçirilib.

    Əvvəlcə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

    Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşkilatın sədr müavini İlkin Əzizov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov və təşviqat qrupunun üzvləri Eldar Kazımov, Nahid Rəhimov, Qardaş Fətullayev, Zamin Məmmədov, Cəmaləddin Məmmədov, Əntiqə Tağıyeva və başqaları çıxış ediblər. Çıxışlarda ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı misilsiz uğurlarından geniş bəhs edilib. Natiqlər seçiciləri seçki prosesindəfəal olmağa, ölkəmizdə gedən möhtəşəm proseslərdə daha yaxından iştirak etməyə və fevralın 7-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

    Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

    Qeyd edək ki, rayonun Xıl, Təzəkənd və Göyəçöl kəndlərinin seçiciləri ilə də görüşlər keçirilib.





















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR