Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı qəbul edilən qətnamə ilə bağlı qurumun sədri Teodor Russopulosa etiraz məktubu göndərib.
Serbiya nümayəndə heyəti “17 dekabr 2023-cü il tarixində ölkədə keçirilmiş parlament seçkilərindən sonra Milli Assambleyamızın” formalaşdırılması prosesinin davam etməsi səbəbindən bu qətnamə üzrə səsvermədə iştirak edə bilmədiyini təəssüflə qeyd edib.
Serbiya nümayəndə heyəti də Azərbaycan nümayəndə heyəti ilə bağlı “çox şübhəli əsaslarla” qəbul edilmiş qətnamədən narazılığını bildirib.
Müraciətdə deyilir: “Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnamənin qəti əleyhinədir və Assambleyamızın və Avropa Şurasının nüfuzuna və müəyyən edilmiş roluna mənfi təsir göstərməmək üçün ona yenidən baxmağa çağırır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.