Ukrayna bu il hava müdafiəsini gücləndirməyi, uzaqmənzilli imkanlarını artırmağı və Rusiyaya maksimum sistemli itkilər yaşatmağı planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Belə ki, “Bu il bizim vəzifəmiz təkcə hava qalxanımızı və Ukraynanın uzaq məsafəli imkanlarını maksimum dərəcədə gücləndirmək deyil, həm də Rusiyaya maksimum sistem itkiləri verməkdir. Söhbət xüsusilə Rusiyanın dondurulmuş aktivlərindən gedir. Ukrayna Rusiyanın aktivləri ilə bağlı qərarın mümkün qədər tez qəbul edilməsi üçün tərəfdaşlarla mümkün qədər enerjili işləyir”, - deyə Ukrayna Prezidenti bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.