2000-ci illərin əvvəllərində Rusiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirlər olub və özüm də orada iştirak etmişəm.
Azadmedia.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.
Belə ki, o bildirib ki, məhz o zaman Rusiya hakimiyyəti NATO ilə tərəfdaşlıq əlaqələri qurdu.
Həmçinin “Həmin vaxt hətta Rusiya Federasiyasının Şimali Atlantika Alyansına üzvlük meyarlarına cavab verə bilməyəcəyi ilə bağlı müzakirələr də gedirdi”, – deyə Pentaqon rəsmisi xatırladıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.