Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası keçiriləcək. Azadmedia.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, fevralın 13-də Brüsseldə baş tutacaq Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasında ikitərəfli münasibətlər və siyasi məsələlərə toxunulacaq.
Həmçinin “Tərəflər Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin və Aİ-Ermənistan Tərəfdaşlıq Prioritetlərinin icra vəziyyəti, eləcə də daha iddialı Aİ-Ermənistan Tərəfdaşlıq Gündəliyinə doğru irəliləyiş imkanları barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi və insan haqları, iqtisadi, ticarət və sektorlar üzrə əməkdaşlıq, o cümlədən miqrasiya, mobillik və viza liberallaşdırılması dialoqunun başlanması perspektivlərini müzakirə edəcəklər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.