Rusiya Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Belə ki, “Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsinə sadiqdir”, - deyə bəyanatda qeyd olunub.
Həmçinin MSK-nın yaydığı yekun nəticələrə əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin qalibidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.