Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. Bu barədə məlumatı Emarat Al Youm qəzeti yayıb.
Nəşr yazır: “Prezident İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edir, ona Azərbaycanın gələcək inkişafı naminə fəaliyyətində uğurlar arzulayır, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin genişləndirilməsi məqsədilə onunla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirəm. ölkələrimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı maraqların əsasını təşkil edir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.