Vaşinqtonda səfərdə olan Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinin son müsahibəsini tənqid edib. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, Kansler Putinin xüsusilə Ukraynadakı münaqişənin səbəbləri ilə bağlı dedikləri ilə razılaşmayıb.
Həmçinin Şolts iddia edib ki, Rusiya hakimiyyəti həmişə bu müharibənin tarixi haqqında çoxlu yalanlar danışır:
“Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiyanın Ukraynadakı real hərəkətlərinə lağ edilir və bu müharibənin səbəbləri haqqında absurd hekayələr danışılır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.