Almaniya İsrail Baş naziri Benyamin Netanyahunun Rəfah şəhərinə hücumla bağlı fikirlərinə sərt reaksiya verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok sosial şəbəkə hesabında yazıb.
Belə ki, “Rəfahda fövqəladə vəziyyət artıq inanılmaz ölçülərə çatıb. 1,3 milyon insan münaqişələrdən qaçaraq çox dar bir ərazidə sığınacaq axtarır. İsrail ordusunun Rəfaha hücumu humanitar fəlakətin başlanğıcı olacaq. Qəzzada artıq insanların qaçmağa yeri yoxdur”, - deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.