Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.
Azadmedia.az xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.
Belə ki, "Biz orada olacağıq. 100% əminəm ki, orada olacağıq. Amma düzünü deyim ki, ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - deyə nazir bildirib.
Həmçinin Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.