ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələri müdafiə etmək istəməməsi ilə bağlı bəyanatları Avropa və Amerika əsgərlərini risk altında qoyur.
Azadmedia.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Belə ki, “Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı bir təklif ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bizim bütün təhlükəsizliyimizi pozur və Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyur”, - deyə baş katib bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.