"ABŞ-da prezident seçkisi ilə bağlı kampaniya zamanı biz hələ çox şeylər görəcəyik". Azadmedia.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ABŞ-ın keçmiş prezidenti Donald Trampın "ölkələr müdafiə üçün kifayət qədər pul ödəməsə, Rusiyanı bu ölkələrə hücuma təşviq edəcəyi" ilə bağlı fikrinə dair jurnalistlərin sualını cavablandırarkən deyib.
Belə ki, "Bu kampaniya zamanı biz çox şeylər görəcəyik, eşidəcəyik. NATO menyu - “a la carte” hərbi ittifaqı ola bilməz. NATO ABŞ prezidentinin "əhval-ruhiyyəsi"ndən asılı olaraq işləyən ittifaq ola bilməz. Bu, "Bu gün hə, sabah yox və ya sizin kimliyinizdən asılı olan" ittifaq ola bilməz. Alyans ya var, ya da yoxdur. Amma mən vaxtımı ABŞ-da bu seçki kampaniyası zamanı ortaya çıxan hər hansı axmaq fikri şərh etməyə sərf etmək fikrində deyiləm", - deyə cavab verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.