Rusiya Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl BCM-yə qoşulmaqla bağlı erməni tərəfdaşlarından müəyyən təminatlara ehtiyac duyur.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, “Ermənistanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq, əlbəttə ki, ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Təbii ki, burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ hələ də ikitərəfli dialoq çərçivəsində həllini tapmayıb və biz bunun həllinə yönəlmişik”, - deyə Peskov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.