AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Azərbaycanla sülh prosesinə zərbə vurur – Rəsmi Bakı

  • + A
  • - A
  • 12-02-2024, 23:09

    Ermənistan Azərbaycanla sülh prosesinə zərbə vurur – Rəsmi Bakı

    Bu gün Azərbaycan sərhədçisinin yaralanması ilə nəticələnən erməni təxribatı İrəvanla Bakı arasında sülh prosesinə ciddi zərbə vurub. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
    Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ermənistanın bu gün Azərbaycan sərhədçisinin yaralanması ilə törətdiyi təxribat Azərbaycanla sülh prosesinə zərbə vurub.

    Nazirlik son 4-5 ayda regionda müşahidə olunan sabitlik fonunda bu cür təxribatlar arasında aşkar ziddiyyətin olması ilə Ermənistan tərəfinin mütəmadi olaraq sülhlə bağlı verdiyi mesajlara diqqət çəkib.

    XİN həmçinin qeyd edib ki, təxribat Aİ-nin Ermənistandakı missiyasının nəzarəti altında olan ərazidən həyata keçirilib və bu, missiyanın real məqsədləri ilə bağlı ciddi suallar yaradır.

    Bu cür anti-Azərbaycan təxribatlarına görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür, nazirlik yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR