ABŞ Prezidenti Co Bayden ABŞ müdafiə naziri Lloyd Ostinin istefaya getməsini istəmir.
Azadmedia.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Belə ki, Kirbi brifinqdə Baydenin Ostinin səhhətində yaranan problemlər zamanı vəzifələrini yerinə yetirə bilməməsindən narahat olmadığını da vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.