AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevin andiçmə mərasimi yaxın üç gün ərzində baş tutacaq

  • + A
  • - A
  • 13-02-2024, 14:08

    İlham Əliyevin andiçmə mərasimi yaxın üç gün ərzində baş tutacaq

    Yaxın üç gün ərzində yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

    Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, seçilmiş Azərbaycan Prezidenti seçkilərin nəticələrinin təsdiq edildiyi gündən başlayaraq üç gün müddətində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

    Azərbaycan Respublikasının Prezidenti and içdiyi gündən öz səlahiyyətlərini həyata keçirməyə başlamış hesab edilir.

    Azərbaycan Konstitusiya Məhkəməsi bu gün fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib.

    Konstitusiya Məhkəməsinin qərarına əsasən, Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR