ABŞ Rusiyanı regionun həllinə yönəlmiş beynəlxalq proseslərdən kənarlaşdırmaqla Yaxın Şərqdə liderliyini təsdiq etməyə çalışır.
Azadmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Belə ki, “Amerikalılar regionda dominantlıqlarına yatırım etməyə üstünlük verdilər və indi Rusiyanı kənarda qoymağa çalışırlar”, - deyə o bildirib.
Həmçinin Lavrov qeyd edib ki, Vaşinqton Yaxın Şərq nizamlanması üzrə Rusiya, ABŞ, BMT və AB-dən ibarət beynəlxalq vasitəçilər kvartetinin işinə mane olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.