Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində neokolonializmə dair beynəlxalq forum keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Milli Məclisindən məlumat verilib.
Bildirilib ki, Forumla əlaqədar Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov fevralın 15-də Moskvaya səfər edəcəklər.
Səfər zamanı Milli Məclisin deputatları Rusiyanın “Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçiriləcək “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda iştirak edəcək, mövzu ətrafında aparılacaq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Deputatların səfəri fevralın 17-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.