Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski Parisdə keçirilən görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
Azadmedia.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Belə ki, “Bir daha vurğulamaq istərdim ki, Fransa uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə davam edəcək. Bu, Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq, imzaladığımız onillik sazişin məqsədi budur”, - deyə Makron bildirib.
Həmçinin müqavilə çərçivəsində Paris Ukraynaya 3,24 milyard avro əlavə hərbi yardım verəcək, həmçinin Kiyevə silah göndərəcək və əsgər və zabitlərin təlimində iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.