AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyevin Paşinyanla görüşü: Makron “ofsaytda” qaldı

  • + A
  • - A
  • 17-02-2024, 23:42

    Əliyevin Paşinyanla görüşü: Makron “ofsaytda” qaldı

     
    Əliyevlə Paşinyan Münhün Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşüb, sonra isə ikitərəfli formatda müzakirə aparıblar.

    - Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüş Bakı üçün Fransanın olmaması baxımından əhəmiyyətlidir: İrəvanın maraqlarını müdafiə edən Paris prosesdən bir qədər də uzaqlaşır;

    - Bu görüş Avropaya uzun müddət sonra ilk təması qurmaqla vasitəçiliyini yenidən aktuallaşdırmaq imkanı verir, ən azından, irəliyə doğru addım hesab oluna bilər.

    Təmasın Münhendə baş tutması Almaniyanın da önə çıxması şəraitini yaradır. Berlinin Parislə müqayisədə daha balansı mövqeyini nəzərə alsaq, bu da müəyyən irəliləyişdir.

    Lakin Münhen görüşünün bütün razılaşmalara rəğmən, tərəflərin uzlaşmasında rol oynayacağı ehtimalı hələ də azdır.

    Birincisi, sərhəd və kommunikasiya məsələsində mövcud olan ciddi fikir ayrılığı son dövrlər daha da dərinləşib;

    İkincisi, üçüncü tərəflərin iştirakı prosesə müdaxiləsi fonunda uzlaşmanı çətinləşdirir.

    Bu kontekstdə Bakı və İrəvanın Xarici İşlər nazirliklərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə verdiyi təlimatın necə işləyəcəyi əsasdır. Xarici işlər nazirləri müzakirələri üçüncü ölkələrdə, yoxsa sərhəddə aparacaq?

    Bu, prosesin inkişafına yön verəcək amildir.(Axar)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR