Ukrayna ətrafındakı vəziyyət Qərb üçün sadəcə taktiki mövqe, Rusiya üçün isə ölüm-dirim məsələsidir.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsi ilə bağlı açıqlamasında deyib.
Belə ki, müsahibə Ukrayna istiqamətində baş verən hər şeyin Rusiya üçün nə qədər həssas və vacib olduğunu başa düşmək həm rus, həm də xarici dinləyicilər üçün vacib idi:
“Qərb üçün bu müsahibə taktiki mövqelərinin yüksəlməsidir, bizim üçün isə taledir, ölüm-dirim məsələsidir. İstərdim ki, müsahibəyə baxan insanlar bunu başa düşsünlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.