AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon Polis Şöbəsində DİN-in Polis Akademiyasına qəbulla bağlı görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 18-02-2024, 12:12

    Masallı Rayon Polis Şöbəsində DİN-in Polis Akademiyasına qəbulla bağlı görüş keçirilib -


    Masallı, 18 Fevral — Azadmedia.az

    Masallı Rayon Polis Şöbəsində DİN-in Polis Akademiyasına qəbul üçün müraciət edən abituriyentlər və onların valideynləri ilə görüş keçirilib.

    Azadmedia.az-ın cənub bürosuna DİN-dən verilən məlumata görə, görüşdə çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev, Polis Akademiyasının əməkdaşı, polis leytenantı Fəxrəddin Cəfərov bildiriblər ki, sağlam cəmiyyətin formalaşması və ölkəmizin işıqlı gələcəyi məhz təhsilli, sağlam gənclikdən asılıdır. Ali təhsil müəssisələrində və xüsusi təyinatlı təhsil müəssisəsində təhsil alıb, vətənə xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib. Akademiyanın ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Burada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxana, xarici dil öyrənmək imkanı, laboratoriyalar, yataqxana və asudə vaxtın səmərəli təşkili məqsədilə yaradılan şəraitdən danışılıb.

    Təhsil müəssisəsindəki tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub, abituriyentlərin və valideynlərin sualları cavablandırılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR