Biz Rusiyanın digər ölkələri işğal etməsinə reaksiya olmamasının nə ilə nəticələndiyini görmüşük, Rusiya dayandırılmasa digər ölkələri işğal etməyə davam edəcək.
Azadmedia.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniyanın "Deutsche Welle" telekanalına açıqlamasında deyib. O, Ukraynanın Aİ və NATO da daxil olmaqla hələ də əsas tərəfdaşlarından genişmiqyaslı dəstək almadığını vurğulayıb.
Belə ki, Zurabişvili Aİ-nin Ukraynaya 50 milyard avro ayırmasının doğru qərar olduğunu deyib: "Düşünürəm ki, bu, bütün Avropanın öz qətiyyətini göstərməsi baxımından vacib idi. Onlar (ukraynalılar) eynisini ABŞ konqresindən də gözləyirlər və mən əminəm ki, nəhayət bu da baş verəcək".
Həmçinin dövlət başçısı Qara dəniz təhlükəsizliyinin Avropanın təhlükəsizliyi anlamına gəldiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.