AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstan İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etməkdən imtina edib - Orban

  • + A
  • - A
  • 19-02-2024, 15:24

    Macarıstan  İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etməkdən imtina edib -



    Macarıstan hökuməti ABŞ senatorları ilə İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etməkdən imtina edib.
    Azadmedia..az-ın məlumatına görə, ABŞ senatorlarından ibarət ikipartiyalı nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə gedib və hökuməti, İsveçin NATO-ya üzv olmaq istəyini dərhal təsdiqləməyə çağırıb.

    Belə ki, Macarıstanın münasibəti ilə bağlı birgə qətnamə hazırlayan qrup Macarıstan hökumətinin heç bir üzvü tərəfindən qəbul edilməyib.

    Həmçinin senat, bu davranışına görə Macarıstana qarşı sanksiyaların tətbiqi ehtimalını gündəmə gətirib və Orbanı “NATO-nun etibarsız üzvü” adlandırıb.

    Qeyd edək ki, Orban, Budapeştdə xalqa müraciətində bildirib ki, parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-da iştirakını təsdiqləməyə doğru irəliləyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR