Aleksey Navalnının ölümü Rusiyanın daxili işi adlandırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.
Belə ki, “Sizin verdiyiniz sual Rusiyanın daxili siyasətinə aiddir. Mən bunu şərh etmirəm”, - deyə Mao Ninq brifinqdə jurnalistlərdən birinin Navalnının ölümü ilə bağlı sualına cavab olaraq bildirib.
Xatırladaq ki, 16 fevralda 47 yaşlı Aleksey Navalnı cəzaçəkmə müəssisəsində qəflətən ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.