AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı təhsil sektorunun rəhbəri Hətəmovu hədəf alan əsassız ittihamlara aydınlıq... ÖZƏL

  • + A
  • - A
  • 20-02-2024, 01:31

    Masallı təhsil sektorunun rəhbəri Hətəmovu hədəf alan əsassız ittihamlara aydınlıq...


    Masallı təhsil sektorunun rəhbəri Hətəmovu hədəf alan əsassız ittihamlara aydınlıq...

    Bəzən müəyyən media orqanları ölkədəki təhsil sistemini pisləyərək, Elm və Təhsil naziri Emin Əmrullayevi və Masallı təhsil sektorunun müdiri Qoşqar Hətəmovu birbaşa hədəf alaraq, şəxsi platformalarında xəbər dərc edir. Azadmedia.az xəbər agentliyi olaraq, öz növbəmizdə, ölkədə və xüsusilə Masallı rayonunda sözügedən problemin olub-olmadığını araşdırdıq.

    Əvvəla qeyd etməliyik ki, hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır.

    Prezident İlham Əliyevin vurğuladığı kimi, “Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.”


    Ölkəmizdə təhsil dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib.

    Əlbəttə ki, son illər ərzində Azərbaycanda davamlı dövlət dəstəyi sayəsində, təhsilimiz müasir təhsil standartlarına uyğun olaraq günbəgün inkişaf edir. Ölkə rəhbərliyimizin xüsusi diqqət və qayğısı, eyni zamanda, Təhsil naziri Emin Əmrullayevin diqqəti sayəsində Respublika və bölgələrimizdə təhsilimizin səviyyəsi, həmçinin, elmi-texniki tərəqqi olduqca yüksək səviyyədədir.
    Əslində, inkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.

    Bölgələrimizdə, son vaxtlarda Masallı rayonunda da qabaqcıl təhsil işçilərinin xüsusilə Masallı təhsil sektorunun müdiri Qoşqar Hətəmovun diqqətindən irəli gələrək rayonda təhsilin keyfiyyətinin yüksəldilməsi, Masallı gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb. Rayonun özündə təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük nailiyyətlər əldə olunub.

    Masallı rayonu təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu xüsusilə böyükdür, belə ki, rayonda müasir infrastruktur, güclü maddi-texniki təchizat öz növbəsində keyfiyyətli təhsilə yol açır. Bu baxımdan Masallı rayonundakı vəziyyət təqdirəlayiqdir.

    Masallı təhsil sektorunun müdiri Q.Hətəmov, həqiqətən də, rayonun təhsil sektoruna özünəməxsus töhfələr verib.

    Nəzərinizə çatdıraq ki, ötən tədris ilində 11-ci sinfi bitirmiş 1751 məzunun 640 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 75 nəfəri 500-700 bal aralığında, 14 nəfəri isə 600-dən yuxarı bal toplayıb, həmçinin məzunlardan 2 nəfəri Prezident təqaüdünə layiq görülüb. 500-700 bal toplayanlardan 31 nəfərini qızlar təşkil edib.. Ümumilikdə 265 nəfər qız məzun ali məktəblərə qəbul olunub ki, bu da bu istiqamətdə aparılan əməli tədbirlərin bariz nümunəsidir. Eyni zamanda, ötən tədris ilində 9 şagirdimiz olimpiada və müsabiqələrdə qızıl, gümüş və bürünc medallar əldə edib. Şagirdlərdən bir nəfəri Avropa olimpiadasında bürünc medal qazanıb. Sözsüz ki, bütün bu faktlar Masallı təhsil tarixində inkişafın əsas göstəricisidir.

    Sözügedən xəbər portalı kimlərinsə hekayələrinə əsaslanaraq bu şəkildə yazı dərc edərək ittihamlar yağdırıb.

    Lakin Masallı təhsil sektorunda olan hər kəs bilir ki, Qoşqar Hətəmov təqdirəlayiq işləri ilə hər daim respublikada fərqlənən şəxslər sırasına daxildir.

    Bundan əlavə, Masallıda təhsil sahəsində görülən işlər sırasında millət vəkili Məşhur Məmmədovun da xüsusi diqqət və qayğısını vurğulamaq yerinə düşərdi. Son illərdə qızların ali məktəblərə hazırlıq ərəfəsində test kitabları ilə təmin olunmasında, bununla yanaşı, qəbul olduqdan sonra təqaüdlə təmin olunması və təhsil haqlarının ödənilməsində Masallı Təhsil Fondunun təsisçisi millət vəkili Məşhur Məmmədovun yüksək səviyyədə xidmətləri vardır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR