Azərbaycanın birinci xanımı və Türkiyənin birinci xanımı Ankarada görüşüblər. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında da danışıqlar Türkiyənin paytaxtında baş tutub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb.
Görüş Türkiyənin paytaxtı Ankarada baş tutub.
Bu gün orada iki dövlətin prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar olub. Geniş tərkibdə keçirilən görüşün yekunu olaraq bir sıra sənədlər imzalanıb.
Danışıqlardan sonra prezidentlər mətbuata açıqlama veriblər. İlham Əliyev xüsusilə bildirib ki, Bakı ilə Ankaranın birliyi təkcə regional səviyyədə deyil, bütün Avrasiya üçün mühüm amildir. Azərbaycan prezidenti ənənəvi olaraq ilk rəsmi xarici səfərini seçkilərdən sonra Türkiyəyə etdiyinə də aydınlıq gətirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.