Navalnının ölümündə Putinin əli olması ilə bağlı iddialar tamamilə əsassızdır.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, Peskov, Yuliya Navalnayanın ərinin ölümündə əli olması ilə bağlı Rusiya Prezidentinə qarşı ittihamları şərh etməkdən imtina edib:
“Bunlar Rusiya dövlət başçısına qarşı tamamilə əsassız, boşboğaz ittihamlarıdır, lakin Yuliya Navalnayanın dul qaldığını nəzərə alsaq, bunu şərhsiz buraxacağam”.
Həmçinin Kremlin sözçüsü bildirib ki, Navalnayanın siyasətçinin cəsədinin hansısa zəhərin izlərini gizlətmək istəyinə görə qohumlarına verilməməsi ilə bağlı dediyi sözlərlə tanış deyil:
“Amma belə sözlər olubsa, yenə də bunlar əsassız ittihamlardan başqa bir şey deyil. Çünki onları heç nə dəstəkləmir, təsdiq etmir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.