Çin Ukrayna böhranı məsələsində həmişə obyektiv, qərəzsiz mövqe tutub və istənilən birtərəfli sanksiyalara qarşıdır.
Azadmedia.az xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin fevralın 20-də keçirdiyi ənənəvi mətbuat konfransında söyləyib.
Mao Ninin bu qeydi Çin-Rusiya əməkdaşlığına görə bəzi Çin şirkətlərinə ABŞ-ın sanksiyalar tətbiq etməyi nəzərdən keçirməsinə dair xəbərlərə cavabdır.
Rəsmi Pekinin Ukrayna məsələsində sülh danışıqlarının təşviqinə sadiq olduğunu vurğulayan Çin Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, ölkəsi başqalarının dərdlərinə laqeyd olmayıb və heç vaxt böhrandan istifadə etməyib.
“Çin dünyanın digər ölkələri ilə normal əməkdaşlıq etmək hüququna malikdir. Biz həmişə beynəlxalq hüquqda əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən birtərəfli sanksiyalara qarşı çıxmışıq”, - deyən Mao Nin bildirib ki, rəsmi Pekin Çin şirkətlərinin qanuni hüquq və mənafelərini qətiyyətlə qorumaq üçün lazımi tədbirləri görməkdə davam edəcək.AzərTac
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.