Rusiya xüsusi dövrünü yaşayır, bunun yeniliyi ölkəni fərqli inkişaf səviyyəsinə çatdırmaqdır.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin STA-da “Yeni zaman üçün güclü ideyalar” forumunda çıxışı zamanı bildirib.
Belə ki, “Güclü ideyalara hər zaman ehtiyac var, çünki həmişə inkişafla bağlı məsələlər var. Amma bu gün yeni dövr üçün güclü ideyalar lap yerinə düşür! Bu yenilik ondan ibarətdir ki, biz qarşımızda duran məsələri həll etməklə ölkənin yeni, tamam başqa inkişaf səviyyəsinə çatırıq”, - deyə o deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.