Rusiyaya qarşı sanksiyalarla bağlı çox aydın mövqeyimiz var. Biz sanksiyalar tətbiq etmirik və bu məsələdə çox güclü arqumentlərimiz var.
Azadmedia.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrellə birgə mətbuat konfransında deyib.
Belə ki, baş nazir Tbilisinin Rusiyaya qarşı sanksiyalara qoşulması ehtimalını istisna edib. Bununla yanaşı, Kobaxidze Ukraynanı siyasi cəhətdən qətiyyətlə dəstəklədiklərini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.