ABŞ rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündən sonra Moskvaya qarşı əlavə sanksiyalar paketini elan edib.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi deyib. O, yeni məhdudiyyətlərlə bağlı heç bir təfərrüatı açıqlamasa da, hərtərəfli sanksiya paketinin fevralın 23-də elan ediləcəyini bildirib.
Belə ki, Con Kirbinin sözlərinə görə, sanksiyalar Vaşinqtonun həm Aleksey Navalnının ölümünə, həm də Rusiyanın Ukraynaya qarşı iki ildir davam edən təcavüzünə qarşı reaksiyası olacaq.
Həmçinin Birləşmiş Ştatlar bundan öncə də Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib. Kreml isə müxalifətçinin ölümü ilə bağlı Avropa İttifaqının beynəlxalq təhqiqat tələbini rədd edərək bunu daxili işlərə müdaxilə kimi qiymətləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.