AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İspaniyalı fermerlər paytaxt Madriddə etiraz aksiyası keçiriblər - KİV

  • + A
  • - A
  • 22-02-2024, 15:42

    İspaniyalı fermerlər paytaxt Madriddə etiraz aksiyası keçiriblər -


    İspaniyalı fermerlər paytaxtı Madridin “Puerta de Alcala” meydanında etiraz aksiyası keçiriblər.

    Azadmedia.az xəbər verir ki, aksiya “Union de Uniones” təşkilatı tərəfindən təşkil olunub. Ölkənin müxtəlif yerlərindən paytaxta 500-dən çox traktorla yürüş edilib. Eyni zamanda, İspaniyanın digər bölgələrində də fermerlərin etiraz aksiyaları baş tutub.

    Belə ki, kənd təsərrüfatı naziri Luis Planas Madriddəki nümayişlərə hörmətlə yanaşdığını və onun “dinc və heç bir zorakılıq olmadan” keçirilməsini arzuladığını bildirib.

    Həmçinin yerli fermerlər Avropa İttifaqının ekoloji tələblərinə, artan bürokratiyaya və üçüncü ölkələrdən kənd təsərrüfatı məhsullarının ölkəyə idxalına etiraz edirlər. Etiraz aksiyaları iki həftədir davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR