AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda orta aylıq əməkhaqqı 10,5 faiz artmışdır - Statistika

  • + A
  • - A
  • 22-02-2024, 17:37

    Masallı rayonunda orta aylıq əməkhaqqı 10,5 faiz artmışdır - Statistika


    Masallı, 22 Fevral — Azadmedia.az

    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Masallı rayonunda məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 2023-cü ildə 15396 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7942 nəfər (51,6 faiz), qeyri-dövlət sektorunda isə 7454 nəfər (48,4 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,0 faizi məhsul istehsalı sahələrində, 80,0 faizi xidmət sahələrində çalışanlar təşkil etmişdir.
    2023-cü ilin ilkin məlumatlarına əsasən muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 575,0 manat, həmçinin dövlət sektorunda 704,6 manat, qeyri-dövlət sektorunda 436,3 manat təşkil etmiş, 2022-ci ilə nisbətən rayon üzrə 10,5 faiz, dövlət sektoru üzrə 11,7 faiz, qeyri-dövlət sektoru üzrə isə 9,4 faiz artmışdır.
    Digər fəaliyyət növləri ilə müqayisədə orta aylıq əməkhaqqı – elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 719,6 manat, maliyyə və sığorta sahəsində 1619,6 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində 923,7 manat, təhsil sahəsində 717,9 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 715,8 manat,informasiya və rabitə sahəsində 649,7 manat təşkil etmişdir ki, bu da digər bölmələrdən daha yüksək olmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR