Ermənistan Fransa hökuməti ilə müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə və genişləndirməkdə maraqlıdır.
Azadmedia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə fransalı həmkarı Qabriel Attal ilə görüşdə deyib.
Belə ki, onlar ticari-iqtisadi əlaqələr, tikinti, infrastrukturun inkişafı, enerji, su ehtiyatlarının idarə edilməsi, turizm sahələrində əməkdaşlıq və birgə proqramların həyata keçirilməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.