AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan XİN rəhbəri şərti sərhəddə Ermənistanın təxribatı barədə Aİ-nin xüsusi nümayəndəsini məlumatlandırıb (foto)

  • + A
  • - A
  • 22-02-2024, 22:42

    Azərbaycan XİN rəhbəri şərti sərhəddə Ermənistanın təxribatı barədə Aİ-nin xüsusi nümayəndəsini məlumatlandırıb (foto)

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Tərəflər Azərbaycan ilə Aİ arasında münasibətlərin hazırkı vəziyyətini, Bakı ilə İrəvan arasında normallaşma prosesinin perspektivlərini və sülh sazişi layihəsini müzakirə ediblər.

    V.Bayramov vurğulayıb ki, Ermənistanın iki ölkənin şərti sərhədində bu yaxınlarda törətdiyi təxribat nəticəsində Azərbaycan hərbçisinin yaralanmasında məqsəd sülh prosesinə zərbə vurmaq olub.

    Görüşdə Azərbaycanın Ermənistan tərəfinə sülh sazişi layihəsi ilə bağlı mütəmadi şərhlər təqdim etdiyi, Bakının danışıqlar prosesinə başlamaqda maraqlı olduğu bildirilib.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR