Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Azadmedia.az xəbər verir ki, bu barədə Mişel sosial şəbəkədə bildirib.
Belə ki, onun sözlərinə görə, Zelenski ilə telefon danışığı Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ildönümünə həsr olunub. Eyni zamanda, tərəflə Krım yarımadasının işğalının 10-cu ildönümünü də müzakirə ediblər.
Həmçinin “Mən Aİ-nin Ukraynaya lazım olan qədər qatı maliyyə və hərbi dəstəyini bir daha təsdiqlədim. Rusiya Ukraynada demokratiya alovunu heç vaxt söndürə bilməyəcək. Ukraynanın müqəddəratı Aİ-dədir”, – deyə avropalı siyasətçi vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.