AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda “Mal-qaranın uçotuna dair” görüş keçirildi - FOTO

  • + A
  • - A
  • 5-03-2024, 23:50

    Masallı rayonunda “Mal-qaranın uçotuna dair” görüş keçirildi -


    Masallı, 5 mart — Azadmedia.az

    Masallı rayonunda “Mal-qaranın uçotuna dair” görüş keçirildi

    05 mart 2024-cü il tarixində Masallı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında "Mal-qaranın uçotuna dair" məlumatların müzakirəsi ilə əlaqədar Masallı Rayon Statistika İdarəsi və Masallı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi arasında təlimati-müşavirə keçirilmişdir.

    Azadmedia.az-ın cənub bürosuna verilən məlumata görə, Masallı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin direktoru Azər Məmmədov müşavirə iştirakçılarını salamlamış, bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulamışdır. Həmçinin müşavirə iştirakçılarına Mərkəz tərəfindən heyvanların peyvəndlənməsi və onların uçotuna dair izahlar verilmişdir.

    Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə çıxışında, görüşün təşkil olunmasında göstərdiyi minnətdarlığa görə Masallı Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin direktoru Azər Məmmədova minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, heyvandarlıq statistikası ilə əlaqədar idarə tərəfindən “Statistik İşlər Proqramı”na uyğun olaraq aylıq, rüblük və illik dövrülüklə 6,10 və 14 nömrəli hesabat formaları ərazilər üzrə icra nümayəndəliklərinin statistik hesabat təqdim edən məsul əməkdaşlarından yığılaraq elektron proqram təminatına daxil edilir, yekun məlumatlar bülleten, məruzə və illik məcmuə formalarında ictimaiyyətə açıqlanır.

    Görüşdə hər iki orqanın əməkdaşları tərəfindən bu sahə üzrə uçotun aparılma qaydaları, dövriliyi və qarşıya çıxan problemlər haqqında məlumatlar təqdim edilmiş, suallar cavablandırılmış və geniş müzakirə aparılmışdır.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR