AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lerikdə “Od Çərşənbəsi” təntənəli şəkildə qeyd edilib - FOTOLAR

  • + A
  • - A
  • 6-03-2024, 13:51

    Lerikdə “Od Çərşənbəsi” təntənəli şəkildə qeyd edilib -

    Lerik, 6 mart — Azadmedia.az
    [justify]
    Lerik rayonunda Od Çərşənbəsi münasibətilə şənlik təşkil edilib.

    Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi xalq arasında “Üskü”, “Adlı” çərşənbə də adlanır. Qədim türk mifologiyasına görə, odu Göy Tanrı veribdir. Od çərşənbəsinə xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “addı çərşənbə” də deyirlər.

    Olduqca qədim tarixə malik olan milli bayramımız cənub bölgəsində, xüsusilə Lerik rayonunda da özünəməxsus ənənə ilə qeyd olunub.

    Azadmedia.az-ın məlumatına görə, Lerik rayonunda da keçirilən od çərşənbəsi şənliyinə Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov və Aparatı, millət vəkili İqbal Məmmədov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

    Şənlikdə müxtəlif tamaşalar nümayiş edilib və mahnılar oxunub. Tonqal qalanıb və “Yallı” rəqsi nümayiş etdirilməklə bərabər, Novruz adət-ənənələri reallaşdırılıb. İncəsənət ustalarının ifa etdikləri xalq mahnıları, nümayiş etdirdikləri Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiyalar, Novruz bayramının personajları olan Kosa və Keçəlin çıxışları sakinlərin böyük marağına səbəb olub.

    Qeyd edək ki, Od çərşənbəsi odla, istiliklə bağlı olub insanların oda inamlarını ifadə edib. Odun, işığın ən böyük və tükənməz mənbəyi Günəşdir. Günəş göyü, yeri isindirib həyat enerjisi ilə kainata dirilik bəxş edir. İnanclara görə tonqalda həm də köhnə illərin ağrı-acıları və uğursuzluqları da yanaraq külə çevrilir.

    Yurd yerlərimizdə Vətən sevgisinin hərarəti ilə alovlanan odumuz-ocağımız hər daim yanar olsun!














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR