Son 20 ildə fransalı siyasətçilərin idarəçilik qabiliyyəti nəzərəçarpacaq dərəcədə azalıb ki, bu da Fransa diplomatiyasının iflasından xəbər verir.
Azadmedia.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın "Vətənpərvərlər" Partiyasının lideri, Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürən siyasətçi Florian Filippo deyib.
Belə ki, “Biz indi Fransa diplomatiyasının nəhəng çöküşünün şahidi oluruq. Prezidentin, baş nazirin, nazirlərin idarəçilik qabiliyyəti 20 il əvvəlkindən xeyli aşağıdır”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.