AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Azərbaycanla quru sərhədlərinin tam açılmasının tərəfdarıdır - XİN

  • + A
  • - A
  • 12-03-2024, 11:34

    Gürcüstan Azərbaycanla quru sərhədlərinin tam açılmasının tərəfdarıdır -


    Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması qonşu ölkədən gələn turistlərin sayının artmasına imkan verəcək.

    Azadmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkənin Birinci kanalının efirində deyib.

    Belə ki, Gürcüstan Azərbaycanla quru sərhədlərinin tam açılmasının tərəfdarıdır. Belə ki, bu Gürcüstana çox sayda turist axınına səbəb olacaq.

    Həmçinin Gürcü nazir Azərbaycanın sərhədləri bağlamaq üçün bir sıra əsaslarının olduğunu vurğulayıb.

    "Bilirik ki, səbəblərdən biri koronavirus idi və sərhədlər təhlükəsizliklə əlaqədar olaraq bağlanmışdı. Daha sonra regionda bütünlükdə təhlükəsizliklə bağlı hadisələr inkişaf etdi, bu səbəbdən Azərbaycanın mövqeyini, niyə bu cür qərar verdiyini deyə bilmərəm", - Darçiaşvili deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR