Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyası monitorinq pərdəsi altında Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
Belə ki, “AB-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini heç o qədər də qorumur, əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur”, - deyə diplomat bildirib.
Həmçinin onun sözlərinə görə, İrəvanın hazırkı kursunun davam etdirilməsi Ermənistanın suverenliyi üçün ciddi risklər yaradır:
“İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura, respublikanın suverenliyi üçün ciddi risklər yarada, ölkənin təhlükəsizliyinin təmin edilməsinin mövcud effektiv mexanizmini tamamilə məhv edə bilər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.